Konyak beş nəfərin ölümünə səbəb olub - ÖZƏL

Özbəkistanın şərqindəki Əndican vilayətində yerli konyak brendi 5 nəfərin ölümünə səbəb olub.

Olaylar.az bu barədə vilayət prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.

İdarədən verilən məlumata görə, 22 nəfər Özbəkistan konyakından içdikdən sonra kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan beşi sağ qalmayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, ilkin araşdırma aparılır.

Bundan əvvəl Laosun məşhur turizm şəhəri Vanq Vienqdə kütləvi alkoqol zəhərlənməsi baş verib . Altı turisti xilas etmək mümkün olmayıb və sağ qalanlar bu təcrübəni həyatlarının ən pis iki həftəsi kimi təsvir edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31