Günəşdə üç həftəlik fasilədən sonra güclü partlayış baş verdi – ÖZƏL
29 Dekabr 2024 13:22 Dünya2024-cü ilin 29 dekabr tarixində, bazar günü səhər saatlarında, Günəşdə son üç həftənin ən güclü partlayışı baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə RIA Novosti-yə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçev məlumat verib.
Boqaçev bildirib ki, bu gün səhər saat 10:08-də (Bakı saatı ilə 11:08) Günəşdə X sinifinə aid ən yüksək partlayış qeydə alınıb. Radiasiyanın zirvəsi isə 10:18-də (11:08) müşahidə edilib. O qeyd edib ki, hadisənin partlayıcı fazası təxminən yarım saat davam edib.
Mütəxəssis, ilkin məlumatlara əsasən, yeni il münasibətilə, 31 dekabr 2024-cü il tarixindən 1 yanvar 2025-ci il tarixinə qədər maqnit fırtınalarının baş verməsinin gözlənildiyini bildirib. Son bir həftə ərzində Günəşdə aktivlik müşahidə olunub, lakin bu qədər yüksək dərəcəyə yalnız bu gün çatılıb.