Lavrov: F-16 qırıcılarının Ukraynaya ötürülməsi Rusiya üçün hərbi-texniki tədbirləri zəruri edəcək – ÖZƏL

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Danimarkanın Ukraynaya ikinci partiya F-16 qırıcı təyyarələrini ötürməsinin münaqişənin daha da kəskinləşməsinə səbəb ola biləcəyini və bunun Rusiyanı, o cümlədən hərbi-texniki sahədə, zəruri tədbirlər görməyə məcbur edəcəyini bildirib. 

Olaylar.az xəbər verir ki, nazir bu açıqlamanı RIA Novostiyə verdiyi müsahibədə səsləndirib.

Lavrov xatırladıb ki, Rusiya dəfələrlə Ukraynanın Qərb müttəfiqlərinə Kiyevə genişmiqyaslı hərbi yardımın nəticələri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu cür addımlar, xüsusən Danimarka tərəfindən göstərilən hərbi dəstək, yalnız münaqişəni alovlandırır və Rusiyanı öz milli maraqlarını qorumaq üçün cavab tədbirləri görməyə məcbur edir.

Nazir vurğulayıb ki, Qərb ölkələrinin Ukrayna hökumətinə təhvil verdiyi bütün silah növləri Rusiya tərəfindən qanuni hərbi hədəf kimi qiymətləndirilir və Rusiya Silahlı Qüvvələri tərəfindən effektiv şəkildə məhv ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31