2024: İqlim rekordlarının ili - ÖZƏL

Olaylar.az xəbər verir ki, 2024-cü il qlobal istiləşmənin təhlükəli həddə çatdığını göstərdi. Dünyanın orta temperaturu sənaye öncəsi dövrə nisbətən 1,5°C-dən çox artaraq rekord səviyyəyə çatdı. Atmosferdə karbon qazının səviyyəsi də 426,90 ppm-lik zirvəyə yüksəldi.

İlin başlanğıcı güclü El-Ninyo ilə müşayiət olundu, bu isə ABŞ-da dağıdıcı qasırğalara, Amazon meşələrində rekord yanğınlara və İspaniyada ölümcül daşqınlara səbəb oldu.

Alimlər xəbərdarlıq edir: karbon emissiyalarının azaldılmaması halında Gernlandiya buzlaqlarının əriməsi və Amazoniyanın savannaya çevrilməsi kimi fəlakətlər qaçılmazdır.

Hələ də ümid var. Mütəxəssislər vurğulayır ki, təcili tədbirlər ilə ən pis ssenarilərdən qaçmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31