Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib
29 Dekabr 2024 12:00 DünyaGürcüstanın altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.
Olaylar bu barədə Gürcüstan Parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Kavelaşvili 14 dekabr tarixində prezident seçilib və Gürcüstanda ümumxalq səsverməsi yolu ilə deyil, seçicilər kollegiyası vasitəsilə seçilən ilk prezident olub.
Seçicilər Kollegiyasına parlament üzvləri, Abxaziya və Acarıstanın Ali Şuralarının nümayəndələri, həmçinin, yerli özünüidarəetmə orqanlarının təmsilçiləri daxil idi.
Kavelaşvili Kollegiyanın verdiyi 300 mümkün səsdən 224-nü toplayaraq prezident seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31