Kanadada sərnişin təyyarəsində yanğın: sərnişinlər xilas edilib– ÖZƏL

Kanadanın Yeni Şotlandiya əyalətində Air Canada 2259 reysini yerinə yetirən PAL Hava Yollarına məxsus təyyarə sərt enişdən sonra uçuş-enmə zolağında alovlanıb. 

Olaylar.az xəbər verir ki, bu barədə CBC News məlumat yayıb. Hadisə yerindən görüntüləri şahidlər paylaşıblar.

"Biz sərt titrəmələr hiss etdik, təyyarənin sol tərəfindən alov və pəncərələrdən içəriyə dolan tüstü gördük," - hadisənin şahidi olan sərnişin bildirib.

Digər bir sərnişin eniş zamanı təyyarənin şassisinin düzgün açılmadığını söyləyib. Hadisədən sonra Halifaks Hava Limanı bağlanıb. Xoşbəxtlikdən, heç kim həyati təhlükə yarada biləcək xəsarət almayıb, lakin sərnişinlər ciddi şəkildə sarsılıb.

Bütün sərnişinlər təxliyə edilib, müvafiq qurumlar baş verənlərin səbəbini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31