Parker Günəş zondundan tarixi nailiyyət: ən yaxın məsafəyə çatdı– ÖZƏL
29 Dekabr 2024 10:15 DünyaOlaylar.az xəbər verir ki, NASA-nın Parker Solar Probe zondunun Günəşə rekord dərəcədə yaxınlaşdığı açıqlandı. 2018-ci ildə buraxılan zond, hər dövrəsində məsafəni azaldaraq bu dəfə Günəşə 6,1 milyon mil məsafəyə qədər yaxınlaşıb. Zond, 692 min mil/saat sürətlə hərəkət edərək 980°C temperaturda çalışıb və xüsusi karbon kompozit qoruyucu ilə təchiz olunub.
NASA-nın verdiyi məlumata görə, zond hazırda tam işlək vəziyyətdədir və təhlükəsizdir. Missiyanın məqsədi Günəş sisteminin mərkəzindəki ulduzların fəaliyyətini daha yaxşı anlamaqdır. Alimlər, bu tədqiqatın Günəş küləyinin mənşəyini və yüksək enerjili hissəciklərin sürətlənmə prosesini öyrənməyə kömək edəcəyini bildirirlər.
Daha ətraflı məlumatın Yeni İl ərəfəsində əldə olunacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31