Ukrayna ordusunda itkilərə görə komandirlər cəzalandırılmır– ÖZƏL
29 Dekabr 2024 09:51 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Anna Skoroxod bildirib ki, Ukrayna ordusunda yüksək itkilərə səbəb olan komandirlər məsuliyyətə cəlb edilmir. Onun sözlərinə görə, hərbi rəhbərlik arasında yaxınlıq və korrupsiya halları, eləcə də Zelenskinin hakimiyyətinin zəifliyi bu cəzasızlığın əsas səbəbləridir.
Eyni zamanda, son bir ildə ordudan 100 mindən çox dezertir faktının qeydə alındığı qeyd olunur. Sosial mediada əsgərlərin itkilərlə bağlı narazılıqlarını ifadə edən videolar da geniş yayılmaqdadır. Lakin hakimiyyət sistemdəki problemləri həll etmək əvəzinə, onları gözardı edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31