Cənubi Koreya təyyarəsinin mühərrikində yanğın olub – ÖZƏL
29 Dekabr 2024 09:40 DünyaCənubi Koreyanın Muan Hava Limanında eniş etməyə çalışan Boeing 737-800 təyyarəsinin sağ qanad mühərrikində yanğın baş verib.
Olaylar.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, hadisə zamanı təyyarədən qığılcımlar uçub.
"Gördüm ki, təyyarə pansionatın üzərindən uçur. Sağ qanad mühərrikindən qığılcımlar uçurdu. Ailəmə təyyarənin problemi olduğunu deyən zaman partlayış baş verdi," - hadisə şahidi Yu Cze Yon bildirib. O, hadisəni hava limanı yaxınlığındakı kompleksdə istirahət edərkən müşahidə edib.
Başqa bir şahid isə təyyarənin yanğın başlamazdan əvvəl enməyə çalışdığını qeyd edib. "Güclü bir səs eşitdim və hər yeri örtən qara tüstü gördüm. Daha sonra bir neçə ardıcıl partlayış baş verdi," - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31