ABŞ-də sərnişin qatarı yanğınsöndürən maşınla toqquşub

ABŞ-ın Florida ştatında sərnişin qatarı yanğınsöndürən maşınla toqquşub.

Bu barədə "NBC News" xəbər yayıb. Hadisə, Delrey-Biç şəhərinin İst-Atlantika prospekti ilə Dəmiryol prospektinin kəsişməsində təxminən saat 10:45-də (Bakı vaxtı ilə 19:45) baş verib.

Qəza nəticəsində 3 yanğınsöndürən xəstəxanaya yerləşdirilib, qatarın 12 sərnişini isə yüngül xəsarətlər alaraq tibb müəssisələrinə aparılıb. Hadisə nəticəsində şəhərdə dəmir yolu qatarlarının hərəkətində ləngimələr yaranıb və yaxınlıqdakı avtomobil yolu bağlanıb. Toqquşma yerindən yayılan görüntülərdə yanğınsöndürən maşının aşdığı görünür

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31