Hakan Fidan Blinkenlə Suriyadakı son vəziyyəti müzakirə etdi
28 Dekabr 2024 19:49 DünyaTürkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Olaylar türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidan telefon danışığı zamanı PKK/YPG terror təşkilatının Suriyaya sığınmasına icazə verilə bilməyəcəyini vurğulayıb.
"Türkiyə XİN rəhbəri həmçinin, Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səylərini dəstəklədiklərini bildirib", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31