Zaxarova: “Ukraynanın terrorçu dövlət kimi tanınmaması qanunvericiliyimizlə bağlıdır” – ÖZƏL
28 Dekabr 16:49 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın terrorçu dövlət kimi tanınması məsələsinə münasibət bildirib.
Olaylar.az xəbər verir ki, o, "Komsomolskaya Pravda" radiosuna müsahibəsində Rusiyanın bu addımı atmamış olmasının səbəblərini izah edib.
"Bizim öz qanunvericiliyimiz var. Məsələn, Qərbdə 'terrorizmin sponsoru olan dövlət' anlayışı mövcuddur. Bizim qanunvericiliyimizdə isə belə bir anlayış yoxdur. Bu da çox vacib bir cavabdır," - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, bu məsələ Rusiyanın hüquqi sistemindəki fərqliliklərdən irəli gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31