Rusiya alimləri kolorektal xərçəngə qarşı vaksin hazırlayıblar – ÖZƏL

Rusiya Federal Tibb-Bioloji Agentliyinin (FTBA) alimləri kolorektal xərçəngə qarşı vaksinin tədqiqatlarını tamamlayıblar. 

Olaylar.az xəbər verir ki, agentliyin nümayəndəsi Veronika Skvortsovanın "Rossiya-24" telekanalına verdiyi məlumata görə, vaksinin praktikada tətbiqinə 2025-ci ildə başlanılması planlaşdırılır.

"Hal-hazırda bağırsaq xərçəngi, yəni kolorektal karsinoma üzrə tədqiqatlarımız tamamlanıb. Biz artıq 2025-ci ildən etibarən bu vaksini praktikada tətbiq etməyə hazırıq," - deyə Skvortsova bildirib.

Bundan əlavə, Skvortsova qeyd edib ki, Rusiya alimləri beyin və dəri xərçənginə qarşı yeni dərmanların tədqiqatlarını davam etdirirlər. Bu dərmanlar xüsusilə qlioblastoma və melanoma kimi bədxassəli şişlərlə mübarizəyə yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31