Almaniya XİN rəhbəri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini tələb edir – ÖZƏL

Almaniya Xarici İşlər naziri Annalena Barbok, Estoniya ilə Finlandiya arasında EstLink 2 kabelinin zədələnməsi ilə bağlı hadisədən sonra Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini tələb edib. 

Olaylar.az xəbər verir ki, "Funke" media qrupuna müsahibə verən Barbok "Biz NATO tərəfdaşlarımızla birlikdə Baltik dənizini hibrid təhdidlərdən daha yaxşı qorumaq yollarını müzakirə edirik",- deyib.

Barbok həmçinin milli müdafiəyə daha çox investisiya qoyulmasının vacibliyini vurğulayıb.

26 dekabrda Estoniya şirkətləri Estoniya ilə Finlandiyanı birləşdirən üç dənizaltı rabitə kabelinin zədələndiyini açıqlayıb. Bir gün əvvəl, 25 dekabrda isə, eyni ərazidə EstLink 2 enerji kabeli qəzaya uğrayıb. Hazırda zədələrin tam bərpası üçün nə qədər vaxt lazım olacağı məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31