Krımda fövqəladə hal rejimi elan edilib – ÖZƏL
28 Dekabr 2024 14:21 DünyaKrımda mazutun dökülməsi nəticəsində regional fövqəladə vəziyyət rejimi elan edilib.
Olaylar.az xəbər verir ki, bu barədə region rəhbəri Sergey Aksyonovun fərmanı ilə məlumat verilib.
Xatırladaq ki, Rusiyanın Fövqəladə Hallar Naziri Aleksandr Kurenkov 26 dekabrda Anapaya səfər edib. Burada 15 dekabr tarixində "Volgoneft" tankerlərinin qəzası nəticəsində sahilə tonlarla mazut çıxıb. Artıq iki gün sonra, Krasnodar bölgəsinin kurort sahillərində 4 ilə 8 min ton arasında neft məhsulu tapılıb. Şiddətli qasırğa zamanı mazut sürətlə onlarla kilometrə yayılıb.
Bir neçə gündən sonra çirklənmə Kerç sahillərinə çatıb, 26 dekabrda isə Novorossiyiska qədər yayılıb. Rusiya Elmlər Akademiyasının alimləri bu prosesi peyklər vasitəsilə qeydə alıblar. Ekoloqlar 2025-ci ilin kurort mövsümünün bu hadisənin nəticələri səbəbindən baş tutmaya biləcəyindən narahatdırlar.