Nigeriyada hərbi təyyarə səhvən mülki vətəndaşları bombaladı - Ölənlər var
28 Dekabr 2024 14:09 DünyaNigeriyanın Sokoto əyalətinin Surame bölgəsində silahlı qruplara qarşı əməliyyat zamanı hərbi təyyarə iki kənddə səhvən mülki əhalini vurub.
Olaylar xarici mediaya istinadən xəbər verir ki, ştat qubernatoru Əhməd Aliyu hücumda 10 nəfərin öldüyünü açıqlayıb.
Aliyu "Hərbi təyyarələr ştatda terror cinayətləri törədən silahlı qrupları zərərsizləşdirmək missiyasında idi. Onlar səhvən günahsız insanları bombalayıblar" sözlərini deyib.
Həyatını itirənlərin ailələrinə başsağlığı verən Aliyu dövlət orqanlarının hərbi əməliyyatı araşdırmaq üçün digər səlahiyyətlilərlə əməkdaşlıq edəcəyini də bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31