Rusiyanın hərbi bazalarına hücum üçün İŞİD döyüşçüləri hazırlanır – SSVR-dən iddia – ÖZƏL
28 Dekabr 2024 13:22 DünyaRusiyanın Xarici Kəşfiyyat Xidməti (SSVR) Böyük Britaniya və ABŞ xüsusi xidmət orqanlarının Suriyada Rusiyaya məxsus hərbi bazalara qarşı terror aktları hazırladığını bəyan edib.
Olaylar.az xəbər verir ki, məlumata görə, bu məqsədlə İŞİD terror təşkilatının nəzarətdə olan sahə komandirləri xüsusi olaraq təlimləndirilib və onlara zərbə dronları təhvil verilib.
"ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanları Rusiyanın Suriyadakı hərbi bazalarına qarşı terror aktları hazırlayır", - deyə SSVR-nin məlumatında bildirilir.
Rusiyanın kəşfiyyat xidməti hesab edir ki, bu cür provokasiyalar Rusiyanı Suriyadan öz hərbi qüvvələrini çıxarmağa məcbur etmək məqsədi güdür. Bundan əlavə, yeni Suriya hakimiyyətinin terrorçuları nəzarətdə saxlamaq qabiliyyətsizliyi ilə ittiham ediləcəyi vurğulanır.
SSVR bildirir ki, ABŞ-nin hazırkı administrasiyası və Böyük Britaniyanın rəhbərliyi Suriyada vəziyyətin sabitləşməsinə mane olmaq niyyətindədir. "Daha geniş mənada onların məqsədi Yaxın Şərqdə xaosun qorunub saxlanılmasıdır", - deyə bəyanatda qeyd olunur.