Almaniyanın PVO sistemi “Oreşnik” raketinə qarşı gücsüz qaldı– ÖZƏL
28 Dekabr 2024 13:21 DünyaOlaylar.az xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış məxfi hesabat ölkədə ciddi narahatlıq yaradıb. "Bild" nəşrinin əldə etdiyi məlumata görə, Almaniyanın hava hücumundan müdafiə (PVO) sistemi Rusiyanın yeni "Oreşnik" hipersəs raketinə qarşı effektiv müdafiə təmin etmək gücündə deyil.
Hesabat Almaniyanın Xarici İşlər Naziri Annalena Berbokun təşəbbüsü ilə hazırlanıb. Buna səbəb, Prezident Vladimir Putinin "Oreşnik" raket kompleksinin NATO PVO sistemlərinə qarşı üstünlüyü ilə bağlı açıqlaması olub.
Ekspertlərin hesablamalarına əsasən, "Oreşnik" raketi saniyədə 12 min km sürətlə hərəkət edir, çox yüksək manevr qabiliyyətinə malikdir və bir neçə ayrılan döyüş başlığı ilə təchiz olunub. Bu xüsusiyyətlər, raketin həm Almaniya, həm də digər NATO ölkələrinin PVO sistemləri tərəfindən zərərsizləşdirilməsini mümkünsüz edir.
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) arsenalında olan "Patriot" raketdən müdafiə sistemlərinin "Oreşnik"ə qarşı effektiv olmadığı vurğulanır. Hətta belə bir raketi vurma ehtimalı "təsadüfi uğur" kimi qiymətləndirilir.
Rus hərbi ekspertləri isə daha sərt mövqe tuturlar. Onların fikrincə, "Oreşnik" raketini vurmaq praktik olaraq qeyri-mümkündür. Bunun səbəbi, raketin bütün uçuş mərhələlərində hipersəs sürəti ilə hərəkət etməsi və müxtəlif hədəflərə yönələ bilən döyüş başlıqlarına malik olmasıdır.
Hazırda NATO və Qərb ekspertləri təlim məqsədilə raketin "ilk sınaqlarının" Ukraynada keçirilməsini təklif edir. Bununla belə, Almaniyanın daxili müzakirələrində belə bir təhlükənin real olması narahatlıqla qarşılanır.