Zaxarova: “ABŞ siyasətçiləri xalqını illərlə aldatdı” – ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ siyasətçilərinin uzun illər öz vətəndaşlarını "üçüncü cins" və onlarla gender anlayışları barədə hekayələrlə aldatdığını bildirib.

Olaylar.az xəbər verir ki, o, bu haqda RT-yə verdiyi müsahibəsində danışıb. 

"İllərlə amerikalıları aldadıb, onların öz siyasətçiləri onları axmaq vəziyyətinə salıb, üçüncü cinsin, yüzlərlə genderin mövcud olduğunu iddia ediblər," - deyə diplomat qeyd edib.

Zaxarova əlavə edib ki, indi ABŞ-də bir deyil, bir neçə nəsil var ki, bu uydurmalara, o cümlədən "kvadrobearlar" və "nebinarlar" kimi anlayışlara inanır. Bu isə artıq fərqli bir fəlsəfə və düşüncə tərzidir.

"Bu, həm dünya, həm də insanın özü barədə təhrif olunmuş və yanlış qavrayışdır," - deyə o əlavə edib.

Qeyd: "Kvadrobearlar" və "nebinarlar" qeyri-ənənəvi gender anlayışlarını ifadə etmək üçün istifadə olunan qondarma terminlərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31