Ukrayna Afrikada ikinci cəbhə açır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Moskvanın Mali və Nigerdəki səfiri İqor Qromıko bildirib ki, Ukrayna döyüş meydanında Rusiyanı məğlub etmək üçün mübarizə apararaq Afrikada ikinci cəbhəsini açıb.

"Rusiyanı döyüş meydanında məğlub edə bilməyən Vladimir Zelenski rejimi qitədə Moskvaya dost dövlətlərə qarşı yönəlmiş qanunsuz silahlı birləşmələri dəstəkləyərək Afrikada "ikinci cəbhə" açmağa qərar verib", - səfir bildirib.

O qeyd edib ki, avqust ayında Malinin keçid hökuməti Ukrayna ilə diplomatik münasibətləri dayandırdığını bəyan edib. Bu qərara Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov və Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarovun iyulun 25-27-də ölkənin şimalında Mali hərbçilərinə hücum edən yaraqlılara Kiyevin yardım göstərməsi ilə bağlı açıqlamaları səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31