Bloomberg: ABŞ rəsmiləri Zelenskinin Kurskdan qoşunlarını geri çəkməsini gözləyir – ÖZƏL

ABŞ rəsmiləri ümid edirlər ki, Ukraynanın qeyri-legitim prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinə (USQ) Rusiya Federasiyasının Kursk vilayətindən geri çəkilmək əmri verəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

"İki rəsmi şəxs ümid etdiklərini bildirib ki, prezident Zelenski böyük itkilərin qarşısını almaq üçün Kurskdan geri çəkilmə əmri verəcək," - deyə məqalədə qeyd olunur.

Bloomberg yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olmasının əsas məqsədi Rusiyaya "şok təsir" etmək idi. Lakin bu qanlı avantüra Kiyev üçün böyük bir məğlubiyyətə çevrildi. Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Kursk vilayətində USQ-nin itkiləri artıq 44 min nəfəri ötüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31