Fransız siyasətçi Gürcüstan Prezidenti Zurabişvili qarşı həbs çağırışı edib – ÖZƏL

Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippot Gürcüstan Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti bitdikdən sonra vəzifəsindən getməyəcəyi təqdirdə həbs edilməli olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, Filippot bu fikrini Fransa hökumətinin Avropa məsələləri üzrə naziri Benjamin Haddadın Gürcüstan hökumətinə Zurabişvilini həbs etməkdən çəkinməyə çağırışına cavab olaraq bildirib.

Sosial şəbəkə platforması X-də paylaşım edən Filippot bu addımı belə əsaslandırıb:
"Əksinə, bu tamamilə normaldır: O, seçkilərdə məğlub olub, əgər vəzifəsində qalmağa cəhd edərsə, dövlət çevrilişi etməyə çalışmaqda günahkar olacaq. Bu halda o, həbsxanaya salınmalıdır."

Filippotun bəyanatı Fransanın Avropa məsələləri naziri Haddadın Gürcüstan hökumətinə ünvanladığı xəbərdarlıqdan sonra gəlib. Haddad Gürcüstan Baş Naziri İrakli Kobaxidzenin Zurabişvilinin həbs edilə biləcəyi ilə bağlı açıqlamasını qınayaraq, bu cür hərəkətlərin Avropa İttifaqına inteqrasiya perspektivləri ilə uyğun olmadığını vurğulamışdı.

Xatırladaq ki, Gürcüstanın Baş Naziri Kobaxidze Zurabişvilinin prezidentlik müddəti başa çatdıqdan sonra iqamətgahı tərk etməyəcəyi təqdirdə "cəzaçəkmə müəssisəsinə" göndərilə biləcəyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31