Nigerdə ​​Rusiya səfirliyinin açılması üzərində iş gedir — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Mali və Nigerdəki səfiri İqor Qromıko bildirib ki, Rusiyanın Nigerdəki səfirliyinin yenidən açılması üzərində iş aparılır.

"Niameydəki səfirliyin açılışı üçün dəqiq tarix hələ açıqlanmayıb". 

Bununla belə, Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ilk nazirlər konfransından sonra xarici işlər nazirinin müavini, Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndə Mixail Boqdanov verdiyi açıqlamada bildirib ki, artıq praktiki iş gedir, Nigerə səfir təyin olunur.

Rusiyanın Nigerdəki səfirliyinin fəaliyyətinə 1992-ci ilin sentyabrında xitam verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31