Qərb xüsusi xidmətləri Rusiyanın Suriyadakı bazalarına hücum hazırlayır– ÖZƏL
28 Dekabr 2024 11:17 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosunun məlumatına görə, ABŞ və Böyük Britaniya Rusiyanın Suriyadakı hərbi bazalarına hücum planlaşdırır.
"Mənbələr təsdiqləyir ki, ABŞ və Britaniya xüsusi xidmət orqanları Suriyada Rusiyanın bazalarına hücum hazırlayır," - deyə məlumatda bildirilir.
SVR-in verdiyi məlumata əsasən, İŞİD-ə bağlı sahə komandirlərinə bu məqsədlə pilotsuz zərbə aparatları təqdim olunub.
Xatırladaq ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin daha əvvəl Qərbin Avrasiya mərkəzli qlobal münaqişə yarada biləcəyini bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31