Kosmik müşahidələr: Kosmik məlumatların insanlığa təsiri – ÖZƏL

Kosmik orbitdə dövr edən kosmik tullantılar insanlıq üçün ciddi təhlükə yarada bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Arizona Universitetinin professoru Vişnu Reddi CNN-ə verdiyi müsahibədə bildirib.

Alimin sözlərinə görə, son dörd il ərzində orbitə buraxılan obyektlərin sayı sürətlə artıb:
"Artıq uzun müddətdir qorxduğumuz bir vəziyyətlə üz-üzəyik. Xüsusilə, Yer səthindən 35 min kilometr məsafədə dövr edən tullantılar daha böyük təhlükə yaradır, çünki həmin orbitdə telekommunikasiya peykləri yerləşir. Bu sahəni tez bir zamanda təmizləmək mümkün deyil."

Professor Reddi qeyd edib ki, bu tullantıların idarə edilməməsi təkcə peyklərin fəaliyyətinə zərər vurmur, həm də potensial qlobal fəlakətlərə səbəb ola bilər.

Kosmik tullantıların Yer iqliminə təsiri ilə bağlı digər alimlər də narahatlıq bildiriblər. İonosfer üzrə mütəxəssis Vladimir Polyakovun sözlərinə görə, köhnəlmiş peyklərin metal tozlarına çevrilməsi superelektrik qasırğalar, top şəklində ildırımlar və elektrik partlayışları yarada bilər ki, bu da sonda bəşəriyyətin məhvinə gətirib çıxara bilər.

Mütəxəssislər kosmik tullantılar probleminin təcili olaraq həll edilməsinin vacibliyini vurğulayır, əks halda texnoloji və ekoloji risklər artmaqda davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31