Türkiyədə də "TikTok"erlər saxlanıldı
27 Dekabr 2024 19:23 DünyaTürkiyədə sosial fenomenlərə qarşı əməliyyat keçirilib.
Əməliyyatlar İstanbul şəhərində Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baş tutub. Yeddi sosial media fenomeninə qarşı keçirilən əməliyyatlar nəticəsində TikTok-da qanunsuz mərc oyunları təşkil edən 6 fenomen saxlanılıb. Onlardan birinin də saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumata görə, onlar Elanur Bulut, Salim Çato, Zeynep Buse Korkmaz, Buse Plan, Okan Serbes və Tuna Yurdakuldur.
Saxlanılanlar istintaqa təhvil verilib. /Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31