ABŞ-da Trampın iqtisadi siyasətinin risklərini açıqladılar - ÖZƏL
27 Dekabr 2024 15:40 DünyaABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi siyasəti ölkədə inflyasiya təzyiqini artıra bilər.
Olaylar.az xəbər verir ki, bu fikri Wall Street Journal (WSJ) nəşrinə istinadən ABŞ Federal Ehtiyat Sisteminin nümayəndələri bildiriblər.
Nəşrin yazdığına görə, FED sədri Cerom Pauel Trampla konfliktdən qaçmağa çalışır, uçurumun astanasında tarazlaşır. Onun bəzi həmkarları respublikaçının inauqurasiyadan sonra həyata keçirməyi planlaşdırdığı hərəkətlərdən ciddi narahat olduqlarını bildirirlər. Bununla belə, Pauell seçilmiş prezidentlə qarşıdurmadan qaçmaq üçün işçilərdən ictimai müzakirələrdən çəkinməyi xahiş edir.
Yeni tariflərin tətbiqi və immiqrasiya qanunlarının sərtləşdirilməsi səbəbindən ABŞ-da inflyasiya 2025-ci ildə gözləniləndən yüksək ola bilər. Federal Ehtiyat Sisteminin fikrincə, bütün bunlar qiymətlərin və maaşların artmasına səbəb olacaq.