Kobaxidze: “Zurabişvilinin güc yolu ilə çıxarılması pis olar”– ÖZƏL
27 Dekabr 2024 13:47 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze, Salome Zurabişvilinin prezidentlik müddəti başa çatdıqdan sonra könüllü şəkildə prezident rezidensiyasını tərk etmədiyi halda, onun güc tətbiq edilərək çıxarılmasının "çox pis mənzərə" olacağını bildirib.
"Əgər biz onu güc yolu ilə rezidensiyadan çıxarmalı olsaq, bu, çox pis mənzərə yaradacaq," - deyə baş nazir jurnalistlərə açıqlamasında qeyd edib.
Kobaxidze vurğulayıb ki, Zurabişvilinin güc tətbiqi ilə çıxarılması onu cinayət məsuliyyətinə cəlb etməklə nəticələnəcək. O, Zurabişvilinin "özünü həbsxana üçün qurban verməyəcəyinə" ümid etdiyini ifadə edib.
Qeyd edək ki, Salome Zurabişvilinin prezidentlik müddəti 29 dekabrda başa çatır. Gürcüstanın baş naziri bildirib ki, bu tarixdən sonra rezidensiyanı tərk etməmək qanunun pozulması kimi qiymətləndiriləcək və yeni parlament seçkiləri təşkil etmək cəhdi zamanı Zurabişvilini cinayət məsuliyyəti gözləyir.