Türkiyəyə 7,5 bal gücündə zəlzələ xəbərdarlığı: "Ciddi fəsadlar olacaq"

Yapon zəlzələ mütəxəssisi Yoshinori Moriwaki Afyonkarahisarda 7,5 bal gücündə zəlzələnin baş verə biləcəyinə dair xəbərdarlıq edib.

Olaylar haberler-ə istinadən xəbər verir ki, Moriwaki zəlzələnin meydana gəlməsinin ehtimalını artıran amillərdən biri kimi şəhərin zəif zəminini və mərkəzdəki 4 fay xəttini göstərib.

Moriwaki Afyonkarahisarda Kahramanmaraş və Mərmərə bölgəsi kimi böyük zəlzələlərin gözlənilmədiyini, lakin zəminin zəifliyi səbəbindən 6 bal gücündə zəlzələlərin ciddi fəsadlara yol aça biləcəyini vurğulayıb.

O, hündür binaların tikilməsinin qarşısının alınmalı olduğunu bildirərək, bu tip tikintilərin yalnız müəyyən sahələrdə icazə verilə biləcəyini açıqlayıb.

Moriwaki zəlzələnin vaxtı və gücünün dəqiq müəyyənləşdirilə bilməyəcəyini qeyd edərək, Türkiyənin hər an zəlzələyə hazır olmalı olduğunu vurğulayıb. O, hər kəsin bu məsələdə məlumatlı olması və zəlzələ zamanı zərərin azaldılması üçün təlimatlar alması lazım olduğunu əlavə edib.

Türkiyədə 50%-dən çox qeyri-qanuni tikilinin olduğunu bildirən Moriwaki tikinti keyfiyyətinin yoxlanılması və zəlzələyə qarşı tədbirlərin gücləndirilməsi çağırışı edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31