Cənubi Koreya Maliyyə naziri müxalifəti impiçmentdən imtina etməyə çağırdı– ÖZƏL
27 Dekabr 10:58 DünyaOlaylar.az xəbər verir ki, Cənubi Koreya Maliyyə naziri Çxve San Mok müxalifətin nəzarətində olan parlamentə vəzifəsini icra edən prezident Han Dok Sunun impiçmenti ilə bağlı planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edib. Bu barədə Yonhap xəbər verir.
Nazir bildirib ki, vəzifəsini icra edən prezidentə impiçment qərarı ölkənin iqtisadiyyatına və təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
"Qlobal ticarət müharibələri və fövqəladə vəziyyətlər dövründə dövlət işlərinin idarə olunmasında mərkəzləşmənin olmaması ölkənin nüfuzuna, iqtisadiyyatına, milli təhlükəsizliyinə və idarəetmənin davamlılığına ciddi zərər verəcək," - Çxve hökumət üzvləri adından çıxışı zamanı qeyd edib.
Xatırladaq ki, cümə günü parlamentdə prezident Yun Sok Yola qarşı impiçment işinə baxacaq Konstitusiya Məhkəməsi hakimlərinin təyinatından imtina etdiyi üçün Han Dok Sunun impiçmenti ilə bağlı səsvermə keçiriləcək.
Əgər impiçment qərarı təsdiqlənərsə, ölkənin vəzifəsini icra edən prezidenti Çxve San Mok olacaq.