Medvedev: ABŞ və Rusiya yaxın 100 ildə dost olmayacaq – ÖZƏL

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-lə Rusiya arasında yaxın 100 ildə dostluq münasibətlərinin qurulmasının mümkün olmadığını bildirib. 

Olaylar.az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında açıqlama verib.

"Bizim yaxın 100 il ərzində dostluq gözləntimiz yoxdur, lakin ABŞ-lə müharibə etmək baha başa gəlir - birbaşa münaqişə açıq-aşkar dünya miqyaslı nüvə müharibəsinə çevriləcək," - deyə Medvedev vurğulayıb.

Bundan əlavə, Medvedev Qərblə davam edən hibrid müharibə başa çatdıqdan sonra Rusiya üçün ən məntiqli addımın ABŞ-ni görməzdən gəlmək olacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31