Vuçiç “Şimal axını”nın tezliklə işə salınacağını proqnozlaşdırıb - ÖZƏL

Bir ildən sonra "Şimal axını" qaz kəməri işə düşəcək, qaz Rusiyadan Avropaya gələcək. 

Olaylar.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Mən bir proqnoz verməyə cəsarət edərdim: ən geci bir ildən sonra "Şimal axını" Amerika sərmayədarına məxsus olacaq və qaz Rusiyadan Avropaya boru kəməri ilə axacaq. Sözlərimi qeyd edin. "Şimal axını"nın işə salınmasına bir il!" - siyasətçi qeyd edib.

Vuçiç əlavə edib ki, Almaniya iqtisadiyyatı məhz Rusiyadan gələn ucuz qaz sayəsində rəqabətqabiliyyətli olub.

"İndi Avropada enerji bahadır, Berlinin təcili olaraq daha sərfəli alternativə ehtiyacı var" - Serbiya lideri vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31