Politoloq Şpetle: “ABŞ Avropa İttifaqını çıxılmaz vəziyyətə aparır”– ÖZƏL
27 Dekabr 10:48 DünyaOlaylar.az xəbər verir ki, macarıstanlı politoloq Georg Şpetle bildirib ki, ABŞ Avropa İttifaqını (Aİ) çıxılmaz vəziyyətə sürükləyir, lakin Macarıstan Aİ-yə sədrliyi dövründə mövcud problemləri göstərməyə və İttifaqı bu vəziyyətdən çıxarmağa çalışıb.
Şpetle qeyd edib ki, Aİ iqtisadi sahədə öz acizliyini nümayiş etdirib.
"Aİ iqtisadiyyat sahəsində acizliyini göstərdi və ABŞ-nin maraqlarına uyğun olaraq Ukraynadakı münaqişəni qlobal səviyyəyə çatdırmağa çalışdı, ancaq sülh üçün heç bir real addım atmadı," - deyə o, RİA Novosti-yə müsahibəsində bildirib.
Politoloq vurğulayıb ki, Aİ sülh və təhlükəsizlik vədi verərək üzv ölkələri yanlış yola yönləndirib, nəticədə onları yoxsulluq və işsizliklə üz-üzə qoyub.
Qeyd edək ki, daha əvvəl Ukrayna münaqişəsi səbəbindən Aİ-nin 12 ölkəsində, o cümlədən Estoniya və Avstriyada doğum səviyyəsinin normadan aşağı düşdüyü barədə məlumat yayılmışdı.