Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiyanın Qara dəniz sahillərindəki bəzi şəhərlərdə iki tanker gəmisindən sızan neftin yaratdığı çirklənmə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Açıqlamada ölkənin Qara dəniz sahillərində neft sızıntılarının səbəb olduğu ətraf mühitin çirklənməsi ilə bağlı tədbirlərin davam etdiyi bildirilib. Məlumatda işlərin effektiv aparılması üçün fövqəladə vəziyyət elan edildiyi, bölgəyə daha çox maliyyə vəsaitinin ayrılacağı bildirilib.

Bildirilib ki, Qara dənizin Kerç boğazında fırtına nəticəsində ayrı-ayrı qəzalar nəticəsində Rusiyaya məxsus "Volqoneft-212" və "Volqoneft-239" tanker gəmiləri zədələnib və neft sızması baş verib. Tankerlərdən 4 min ton neft sızdığı deyilir. Sahil bölgələrindəki şəhərlərdə dəniz səthinin və çimərliklərin neftlə örtüldüyü qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31