Əsma Əsədin sağ qalma şansını 50/50-dir
26 Dekabr 2024 10:26 DünyaSuriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Asma Əsədin kəskin leykoz (qan xərçəngi) diaqnozu qoyulduqdan sonra ağır vəziyyətdə olduğu bildirilir. Media mənbələri onun sağ qalma şansının 50/50 olduğunu iddia edir.
Britaniyada doğulan və əvvəllər döş xərçəngini məğlub edən keçmiş birinci xanımın leykozun ağır formasından müalicə aldığı qeyd olunur.
The Telegraph qəzetinin məlumatına görə, Asma Əsəd infeksiya riskini minimuma endirmək üçün təcrid edilib və digərləri ilə eyni otaqda olması qadağandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31