Avstraliya Rusiyaya muzdlu ilə bağlı müraciət edib– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avstraliyanın xüsusi hərbi əməliyyat (SVO) zonasında saxlanılan avstraliyalı muzdlu ilə bağlı Rusiyaya müraciət etdiyini təsdiqləyib.

Rutube platformasında yayımlanan brifinqdə Zaxarova bildirib:
"Avstraliya tərəfi bu məsələ ilə bağlı bizə müraciət edib. Hazırda saxlanılan şəxsin Avstraliya vətəndaşı olması faktı yoxlanılır. Biz vəziyyəti aidiyyəti orqanlarla birgə izləyirik".

Zaxarova əlavə edib ki, təsdiqlənmiş məlumat əldə olunduğu halda, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Muzdlunun şəxsiyyəti

Avstraliyanın baş prokuroru Mark Dreifus daha əvvəl 32 yaşlı Oskar Cenkinsin ailəsi ilə əlaqə saxladıqlarını bildirmişdi. Cenkinsin Rusiya hərbçiləri tərəfindən əsir alındığı haqda məlumat verilib.

Oskar adlı şəxs özü barədə bildirib ki, o, müəllimdir, Avstraliyadan gəlib və Ukraynada yaşayır.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri SVO zonasında Avstraliya vətəndaşı olan bir muzdlunu əsir alıb. Muzdlu şəxsin Ukrayna Silahlı Qüvvələri üçün döyüşdüyü iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31