Lukaşenkonun 2023-cü il gəliri açıqlandı– ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarusun Mərkəzi Seçki Komissiyası 2023-cü il üçün prezidentliyə namizədlərin gəlirləri və əmlakı barədə məlumatları açıqlayıb. Ən yüksək gəlir hazırkı prezident Aleksandr Lukaşenkoya məxsus olub.

Açıqlanan məlumatlara görə, Aleksandr Lukaşenko 2023-cü ildə ümumilikdə 203 590,16 Belarus rublu (təxminən 59,1 min dollar) qazanıb. Bu məbləğ tamamilə onun əmək haqqısından ibarətdir. Prezidentin başqa gəlir mənbəyi olmayıb.

Bundan əlavə, Lukaşenkonun şəxsi mülkiyyətində ev, nəqliyyat vasitəsi və ya başqa əmlak olmadığı da qeyd edilib. Bu məlumatların açıqlanması seçiciləri namizədlər haqqında daha geniş məlumatlandırmaq məqsədi daşıyır.

Xatırladaq ki, Lukaşenko daha əvvəl 2010-cu ildə Belarusdakı etiraz aksiyalarının ("maydan") Ukraynadan idarə olunduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31