Yaponiyanın Hokkaydo adasında yanğın: 34 it tələf oldu – ÖZƏL

Dekabrın 25-də Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında it təsərrüfatında baş verən yanğın nəticəsində onlarla it ölüb. 

Olaylar.az xəbər verir ki, bu barədə Agence France Presse məlumat yayıb.

Yanğın gecə yarısı, Çitose şəhərindəki təsərrüfatda başlayıb və yanğını söndürmək üçün yanğınsöndürənlərə təxminən dörd saat vaxt lazım olub. Nəticədə təsərrüfatda saxlanılan müxtəlif cinslərdən olan 34 balaca it tələf olub.

Rəsmi və yerli media mənbələrinin məlumatına görə, təsərrüfatda ümumilikdə 70-80 it saxlanılırdı. Onların arasında taks və pudel kimi cinslər də var idi.

Yanğının səbəbi hələ də məlum deyil. Lakin təsərrüfatın sahibi istintaq zamanı bildirib ki, o, dekabrın 24-də axşam sobaya "bir neçə odun əlavə edib" və yanğın bundan sonra baş vermiş ola bilər. Bu barədə məlumatı Hokkaido Cultural Broadcasting telekanalı yayıb.

Qeyd edək ki, oxşar hadisə 2023-cü ilin iyunun 29-da Rusiyanın Novosibirsk şəhəri yaxınlığında da baş vermişdi. O zaman da təsərrüfatda baş verən yanğın nəticəsində itlər ölmüş, sağ qalanlar isə aclıq və susuzluqdan tələf olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31