Vladimir Putin ABŞ-ni təbrik etməyəcək: “Əlaqələr dostluqdan uzaqdır” – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin ABŞ-i Yeni il və digər bayramlarla bağlı təbrik etməyi planlaşdırmır. 

Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov, bir jurnalistin Putinin yenidən seçilən ABŞ Prezidenti və ya Amerika xalqını bayram münasibətilə təbrik edib-etməyəcəyini soruşması fonunda danışıb. Mətbuat katibi cavabında bildirib ki, Rusiya lideri son illərdə Vaşinqtona bayram təbrikləri göndərməkdən imtina edir. Səbəb olaraq isə ABŞ-nin Rusiyaya qarşı "dost olmayan" mövqeyi göstərilib.

"Son illərdə biz təbrik göndərmirik, çünki bu ölkə dostluqdan uzaqdır," - deyə Peskov vurğulayıb.

Bundan əvvəl Peskovdan Prezident Putinin "Rosneft" ilə bağlı imzaladığı fərman barədə də şərh verməsi istənilmişdi. Lakin o, iqtisadi mühitin dostluq xarakterli olmaması səbəbilə bu məlumatın açıq şəkildə müzakirə edilə bilməyəcəyini qeyd edərək mövzunu şərhsiz qoymuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31