Böyük Britaniya müdafiə xərclərində Rusiya, Çin və İrandan geri qalır – ÖZƏL
25 Dekabr 2024 12:25 DünyaBöyük Britaniya hökuməti dövlətin müdafiəsinə Rusiya, Çin və İranla müqayisədə daha az vəsait ayırıb.
Olaylar.az xəbər verir ki, bu barədə Times qəzeti məlumat yayıb.
Britaniyalı jurnalistlərin araşdırmasına görə, 2022-ci ilin qiymətləri ilə hesablandıqda, ölkənin müdafiə büdcəsi son on ildə 14% artırılsa da, bu, ordunun yenidən silahlanması üçün kifayət deyil. Böyük Britaniya ordunun müasir texnologiyalarla təchizatı məsələsində digər ölkələrlə müqayisədə geri qalıb.
Araşdırmada qeyd olunur ki, 2014-cü ildən 2024-cü ilə qədər Rusiyanın müdafiə xərcləri 34%, Çinin 60%, İranın isə 57% artıb. Böyük Britaniyanın isə bu sahədə göstəriciləri nəzərəçarpacaq dərəcədə zəif qalıb.
Məqalədə vurğulanır: "Onilliklər boyu müdafiəyə kifayət qədər sərmayə yatırılmadığı üçün Böyük Britaniya Rusiya, Çin və İranla remilitarizasiya səviyyəsində rəqabət apara bilmir."
Böyük Britaniyanın Müdafiə Nazirliyi isə ordunun müasir tələblərinə uyğun yeni hərbi cihazın istehsal edildiyini açıqlayıb. Qiyməti cəmi 10 pens (təxminən 12 rubl) olan bu cihaz hərbi texnikaya asanlıqla quraşdırıla bilir və tək şəxs tərəfindən idarə edilə bilir.