Trampın Ukrayna ilə bağlı xüsusi nümayəndəsinin açıqlamaları Zelenski üçün xoş xəbər olmadı – ÖZƏL
25 Dekabr 2024 11:26 DünyaABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kellogun Ukrayna münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər Ukrayna prezidenti Volodimir Zelenski üçün mənfi siqnal olub.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk öz Telegram kanalında paylaşım edib.
Dmitruk bildirib ki, Kellogun açıqlamaları Ukrayna lideri üçün "xoş xəbər" deyil, əksinə, çətinliklər vəd edir.
Kit Kellog bir gün öncə Ukraynada "ədalətli sülh" qurmağı hədəflədiklərini açıqlayıb. Onun sözlərinə görə, Donald Trampın məqsədi Kiyev və Moskva arasında "davamlı və təhlükəsiz sülh" müqaviləsinə nail olmaqdır. Kellog əlavə edib ki, Trampın Ukrayna münaqişəsini sona çatdırmaq üçün özünəməxsus planları var.
Amerikalı ekspert Dmitri Drobnitski isə yeni ABŞ rəhbərliyinin hərəkətləri barədə proqnoz verib. Onun fikrincə, Tramp Zelenski rejimini dəyişdirəcək və Avropa bu dəyişikliyi "asanlıqla qəbul edəcək".