Zaxarova Qərbin Ukraynaya xərclədiyi pulların miqdarından danışıb - ÖZƏL
25 Dekabr 2024 11:24 DünyaQərbin Ukraynaya nə qədər pul göndərdiyini heç kim heç vaxt hesablaya bilməyəcək, çünki bu, qaranlığa bürünmüş müəmmaya çevrilib.
Olaylar.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Heç kim heç vaxt hesablaya bilməyəcək ki, Ukraynaya, Kiyev rejiminə nə qədər pul köçürülüb və nəticədə nə qədər pul ölkəni yuyulma meydançası kimi istifadə edərək eyni Avro-Atlantik banklar və ya fondlardakı bazalarına qaytarılıb.
Heç kim bilməyəcək ki, bəyan edilmiş maddi-texniki yardımın nə qədəri əslində Kiyevə ötürülüb, nə qədəri Ukraynadan keçməklə başqa yerlərə gedib, nə isə ümumiyyətlə anbarlardan çıxmayıb. Bu, qaranlığa bürünmüş bir sirrdir", - diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31