İlon Mask ABŞ Konqresində xaosa səbəb oldu: Bayden və Tramp arasında gərginlik artdı – ÖZƏL
10:33 DünyaAmerikalı milyarder İlon Maskın sosial şəbəkə X-də paylaşdığı 150 mesaj ABŞ Konqresində Milad ərəfəsində ciddi müzakirələrə və xaosa səbəb olub.
Olaylar.az xəbər verir ki, bu barədə Politico xəbər yayıb.
Məqalədə qeyd olunur ki, Maskın "tez hərəkət et və maneələri aş" yanaşması ABŞ siyasətinin riskdən qaçınmaq fəlsəfəsi ilə ziddiyyət təşkil edir. Müəllif yazır: "Spiker Mayk Consonun məyusluğu artır, Respublikaçılar arasında partiyadaxili mübahisələr açıq şəkildə görünür, Demokratlar bunu qələbə kimi dəyərləndirir, yeni seçilmiş prezident Donald Tramp isə bütün məsuliyyəti Co Baydenin üzərinə yıxmağa çalışır. Bu xaosun əsas səbəbi Maskın hərəkətləri olub".
Məlumata görə, Maskın bu cür davranışı ABŞ hökumətinin uzunmüddətli planlarını "partlada" biləcək təhlükə kimi dəyərləndirilir.
Qeyd edək ki, ABŞ hökuməti yaxın zamanda fəaliyyətin dayanması (şatdaun) təhlükəsi ilə üzləşmişdi. Lakin Konqres 2025-ci il üçün 895 milyard dollar məbləğində müdafiə büdcəsini təsdiqləyə bildi. Hələ ki, vəzifədə olan prezident Co Bayden bu məbləği imzalayaraq qüvvəyə mindirib.