Dövlət Duması Rusiyada islam bankçılığının perspektivlərini qiymətləndirib - ÖZƏL

Hakimiyyət Rusiyada islam bankçılığının tətbiqi üzrə eksperimenti genişləndirmək niyyətindədir.

Olaylar.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Dövlət Dumasının maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov deyib.

Ölkədə İslam bankçılığının tətbiqi üzrə təcrübə 2023-cü il sentyabrın 1-dən başlayıb. Birinci mərhələdə bu, ümumilikdə dörd bölgəni - Dağıstan, Çeçenistan, Başqırdıstan və Tatarıstanı əhatə edib. Hazırkı plana görə, gələn ilin payızında başa çatdırılmalıdır. Bununla belə, vətəndaşlar arasında bu cür maliyyələşdirməyə nəzərəçarpacaq marağın olması fonunda, Aksakov qeyd edib ki, hakimiyyət eksperimentin müddətini uzatmaq istəyir. 

Aksakov vurğulayıb ki, Rusiyada İslam bankçılığına tələb təkcə müsəlmanlar arasında deyil. Belə bir sistemə başqa dinlərin nümayəndələri də maraq göstərirlər. Bunun fonunda Dövlət Duması eksperimentin pilot statusunun daimi olaraq dəyişdirilməsi variantını nəzərdən keçirir. Bundan əlavə, parlamentarilər eksperimentin coğrafiyasının genişləndirilməsi imkanlarını müzakirə edirlər. Aksakovun fikrincə, ilk növbədə Çuvaşiya və İnquşetiya olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31