MWM: Rusiya “Avanqard” raketlərinin tutulması mümkün deyil – ÖZƏL
24 Dekabr 2024 19:42 DünyaABŞ-nin "Military Watch Magazine" jurnalı bildirib ki, Rusiyanın "Avanqard" raket kompleksinin döyüş başlıqlarını tutmaq demək olar ki, mümkünsüzdür.
Olaylar.az xəbər verir ki, məqalədə qeyd olunur ki, "Avanqard" raketləri xüsusi konstruksiyası sayəsində hava hücumundan müdafiə sistemləri üçün toxunulmaz hala gəlib. Bu raketlər planlaşdırıcı blokun birbaşa axınlı hava-reaktiv mühərriki ilə təchiz olunub ki, bu da onların yüksək sürətə çatmasını və manevr qabiliyyətini qorumasını təmin edir.
"Konstruksiya ona 27 Max-dan yüksək sürətlə nüvə zərbələri endirməyə imkan verir və eyni zamanda yüksək manevr qabiliyyətini saxlayır. Bu isə demək olar ki, onu müdafiə sistemləri tərəfindən tutulması mümkün olmayan edir," - deyə jurnal yazır.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkəsinin müasir raket kompleksləri yaratmağı bacardığını vurğulamışdı.