ABŞ prezidenti Rusiya enerji sektoruna yeni sanksiyalar tətbiq edə bilərmi? – ÖZƏL
24 Dekabr 19:36 Dünya"The Washington Post" qəzetinin məlumatına görə, ABŞ Prezidenti Co Bayden prezidentlik müddətinin son həftələrində Rusiyanın enerji sektoruna qarşı yeni, genişmiqyaslı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
Olaylar.az xəbər verir ki, bu barədə administrasiyaya yaxın mənbələr məlumat verib.
Bildirilir ki, bu qərarın məqsədi, gələcəkdə seçilmiş prezident Donald Trampın administrasiyasına Rusiya ilə mümkün danışıqlar zamanı "daha çox təsir rıçaqları" təqdim etmək ola bilər.
Qəzetin müsahibləri əlavə ediblər ki, müzakirə edilən tədbirlər arasında banklara Rusiyanın enerji resursları ilə bağlı tranzaksiyaları həyata keçirməyə icazə verən lisenziyaların geri alınması variantı da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31