Rusiyada miqrantlara taksi sürücüsü işləmək qadağan edilib - ÖZƏL

Ulyanovsk vilayətində miqrantlara taksi sürücüsü işləmək qadağan edilib.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat regional hökumət portalında dərc olunan sənəddə bildirilib.

Taksi sənayesi ilə yanaşı, xarici mütəxəssislərə də şəhərdaxili, şəhərətrafı və şəhərlərarası nəqliyyatda avtobuslarla müntəzəm sərnişindaşıma, eləcə də digər quru daşımalarla məşğul olmaq qadağan ediləcək.

Bundan başqa, fərmana əsasən, miqrantlar alkoqollu içkilər, o cümlədən pivə və tütün məmulatlarının satışı ilə məşğul olan ixtisaslaşdırılmış mağazalarda işlə təmin oluna bilməyəcəklər.

Yeniliklər 2025-ci ildən qüvvəyə minəcək. Kadr məsələsini həll etmək üçün işəgötürənlərə üç ay vaxt verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31