Kremldən Orbanın çıxışına reaksiya: "Biz hazırıq, lakin..."
24 Dekabr 16:46 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Macarıstanın Baş naziri Viktor Orbanın çıxışına reaksiya verib.
Olaylar.az bildirir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Peskov qeyd edib ki, Moskva Ukraynadakı vəziyyəti danışıqlar yolu ilə həll etməyə açıqdır:
"Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə dediyi kimi, biz problemlərimizi danışıqlar yolu ilə həll etməyə hazırıq, danışıqlara açığıq. Lakin Ukraynanın danışıqlara hazır olması ilə bağlı hələlik irəliləyiş olmadığı üçün savaşı davam etdiririk".
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban "Magyar Nemzet" qəzetinə müsahibəsində Ukraynadakı silahlı münaqişənin 2025-ci ildə başa çatacağını deyib. "Bu, ya sülh sazişi, ya da döyüşən tərəflərdən birinin məhvi ilə bitəcək", - Orban bildirib.