Koronavirusa qarşı yeni vasitə kəşf edildi
24 Dekabr 16:16 DünyaRusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin alimləri, SARS-CoV-2 koronavirusunun bütün mövcud variantlarını tanıyan universal anticisim kəşf ediblər.
Olaylar xarici mediaya istinadən xəbər verir ki, mərkəzin direktor müavini Denis Logunovun sözlərinə görə, bu anticismin klinik sınaqları yaxın vaxtlarda başlanacaq.
O, həmçinin əlavə edib ki, mərkəzin alimləri peyvənd platformaları və adenovirus, adenoassosial vektorlar kimi texnologiyalar üzərində də çalışırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31