Pokrovsk istiqamətində şəhərlər demək olar döyüşsüz təhvil verilir– ÖZƏL
24 Dekabr 2024 12:49 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) zabiti, hərbi ekspert Yevgeni Bekrenev bildirib ki, Rusiya ordusunun Pokrovsk istiqamətində sürətli irəliləyişinin əsas səbəblərindən biri Ukrayna komandanlığının idarəetmə səhvləridir.
Kiyevli jurnalist Aleksandr Şelestə verdiyi müsahibədə Bekrenev qeyd edib ki, əməliyyat səviyyəsindəki çatışmazlıqlar və idarəetmə problemləri VSU-nun uğursuzluqlarına gətirib çıxarıb. Onun sözlərinə görə, bu səhvlər nəticəsində Ukrayna ordusu Pokrovsk istiqamətindəki bir çox yaşayış məntəqəsini faktiki olaraq döyüşsüz təhvil verir.
Bekrenev Selyidovonun buna nümunə olduğunu vurğulayaraq, oranın uzun müddət müdafiə olunmasının mümkünlüyünü qeyd edib. Lakin rəsmi rütbə dəyişikliklərindən (rotasiya) sonra şəhərin "gözlənilməz asanlıqla" təslim edildiyini bildirib. Həmçinin, onun sözlərinə görə, Toretsk də VSU tərəfindən heç bir müqavimət göstərilmədən təslim olunub.